Bakıda təlim avtomobili hərbi maşının altına girdi; qadınlar... - VİDEO
Qəzalar
30 Avqust 2020 00:20
Oxunub 26286

Bakıda xanım sürücünün idarə etdiyi təlim maşını qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Neftçilər prosprktində baş verib. "KIA" markalı, 90 NS 734 dövlət nömrə nişanlı avtomobil öz zolağında hərəkət edən hərbi yük avtomobilinin qarşısına çıxıb. Nəticədə hərbi maşın minik avtomobilini vurub.
Qəza zamanı qadın təlimçi xəsarət almasa onun təlim keçdiyi xanım yüngül yaralanıb. Avtomobilə isə xeyli ziyan dəyib.
Hadisə yerinə gələn DYP əməkdaşları hər iki xanıma köməklik göstərib.
Faktla bağlı araşdırma aparılır.
Emin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













