Bakıda tuneldə “KamAZ” 6 maşını əzdi - FOTO

Bakının Nəsimi rayonunda baş verən zəncirvari qəzada 7 maşın əzilib. APA-nın məlumatına görə, hadisə rayonun 3-cü mikrorayon bazarının yaxınlığındakı tuneldə qeydə alınıb. Qumla yüklü 99 XG 630 dövlət nömrə nişanlı "KamAZ" iki mikro avtobus olmaqla 6 maşını əzib. Əzilən maşınlardan ikisi ata və oğluna məxsus "Mercedes" markalı sərnişin mikroavtobusu, dördü isə "Mercedes" markalı minik avtomobilləridir. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və yol polisinin əməkdaşları gəliblər. Olay yerində araşdırma aparan polislərdən verilən məlumata görə, qəzanın əsl səbəbi aparılacaq avtotexniki ekspertizanın nəticələrindən sonra məlum olacaq. Hadisədən sonra "KamAZ"ın sürücüsü sərxoşluq müayinəsi üçün polis idarəsinə aparılıb. Qəza baş verən tuneldə böyük tıxac meydana gəlib. Əraziyə əlavə polis qüvvələri cəlb olunub, əzilən maşınlar evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb.
Qeyd edək ki, qəza zamanı avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
















