Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO - VİDEO
Qəzalar
21 Aprel 2022 10:00
Oxunub 2050

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Asif Məhərrəmov küçəsində baş verib.
“Toyota” markalı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq “VAZ-2106” markalı nəqliyyat vasitəsinə çırpılıb. Toqquşmanın təsirindən “Toyota” daha sonra “Daewoo” markalı maşınla toqquşub. Qəza nəticəsində “VAZ” markalı maşında olan sərnişin xəsarət alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR















