Bakıda üç avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda üç avtomobil toqquşub, xəsarət alanlar var. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, zəncirvari qəza Fatmayı-Novxanı avtomobil yolunda baş verib. Belə ki, “İsizu”, “Mercedes” və “KİA” markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində “Mercedes”in sürücüsü Nigar Abdullayeva və maşında olan iki sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
***
Bu gün saat 18:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. TƏBİB-dən bildirilib ki, 1947, 1970 və 2009-cu il təvəllüdlü şəxslərə döş qəfəsinin əziyi, burun, yanaq, gicgah sümüklərinin sınığı, boyunun və müxtəlif nahiyələrin səthi travması diaqnozları təyin olunub. Vəziyyəti ağır qiymətləndirilən 1947-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində, vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












