Bakıda vəzifəli şəxs iş adamını avtomobillə vurdu - DİN məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda sahibkarın ölümü ilə bağlı məlumat yayıb. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, aprelin 29-da saat 01 radələrində Binəqədi rayonunun Pirşağı qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birinin avtodayanacağında Faiq Qasımov idarə etdiyi “Toyota” markalı avtomobili arxaya verərkən Bakı şəhər sakini Tərlan Dadaşovu və Şabran rayon sakini Seyidbədəl Həşimovu vurub. Nəticədə T.Dadaşov və S.Həşimov xəstəxanaya yerləşdirilib. T.Dadaşov orada ölüb, S.Həşimova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. F.Qasımov Binəqədi rayon Polis İdarəsi 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Xatırladaq ki, ölən T.Dadaşovun Bakının tanınmış "Qoşa Qala" restoranının sahibi, hadisəni törədən Faiq Qasımovun isə Zabrat qəsəbəsindəki Vetrolyot Meydançasının rəisi olduğu deyilir.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












