Bakıda xanım sürücünün maşınını vurub qaçdılar - VİDEO
Qəzalar
31 Mart 2022 11:23
Oxunub 1382

Bakıda qaydaları pozan sürücü qəza törədib qaçıb. Bu barədə zərərçəkmiş xanım sürücü Avtosfer.az-ın qaynar xəttinə müraciət edib. Onun sözlərinə görə, 90-TH-407 qeydiyyat nişanlı "GMC" markalı avtomobilin sürücüsü 4-cü mikrorayon dairəsinin yaxınlığında ötmə qaydasını pozaraq onun avtomobilini vurub və hadisə yerindən yayınıb. Qəza nəticəsində avtomobilə maddi ziyan dəyib.
Sürücü baş verən hadisə ilə bağlı DİN-in 102 qaynar xəttinə müraciət etdiyini bildirir.
Şəfa
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













