Bakıda yanacaqla dolu maşın aşdı; yol polisi görüntüləri yaydı - VİDEO

Bu gün, saat 05:50 radələrində Bakı–Qazax avtomobil yolunun 248-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində müəyyən edilib ki, İsmayıl İsmayılovun idarə etdiyi “Mercedes” markalı, 77-DU-358 dövlət qeydiyyat nişanlı yük avtomobili idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Hadisə yerinə dərhal BDYPİ-nin əməkdaşları cəlb olunub. Görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində dizel yanacağı daşıyan nəqliyyat vasitəsinin yanmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edərək xatırladır ki, xüsusilə iri tonnajlı və yanacaq daşıyan nəqliyyat vasitələrinin idarə olunması zamanı yüksək diqqət, məsuliyyət və ehtiyatlılıq vacibdir.
Qurumun məlumatında bildirilir ki, belə nəqliyyat vasitələrinin texniki sazlığının yoxlanılması, sürət həddinə və məsafə intervalına əməl olunması, həmçinin yorğun və yuxusuz halda sükan arxasına keçməmək həm sürücünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır.
“Unutmayaq ki, yollarda bir anlıq ehtiyatsızlıq təkcə sürücünü deyil, digər hərəkət iştirakçılarını da təhlükəyə atır”, – deyə BDYPİ sürücülərə çağırış edib.
Naxçıvanda avtomobil su kanalına aşdı - Bir ailənin 4 üzvü xəsarət aldı - ADLAR
Ələt-Astara magistralında TIR qəzaya düşdü - VİDEO
Yük və minik maşınları toqquşdu, sürücü öldü
“Nissan” “Ford”la toqquşub yandı – Yoldan keçən cütlük sürücünü xilas etdi - VİDEO
Gəncədə yol qəzası baş verib, biri körpə olmaqla üç nəfər xəsarət alıb - FOTO
Yolayrıcında qəza: “Mercedes” və “VAZ” toqquşdu - VİDEO
Yol polisi ölüm hadisəsinə görə xəbərdarlıq etdi - Kvadrisikli məsuliyyətsiz sürəndə... - FOTO
Qubaya istirahətə gedən Elçin kvadrosikl qəzasında öldü - FOTO
Prospektdə sürət həddini aşan “Opel” “Mercedes”lə toqquşdu - VİDEO
Yüksək sürət qəzaya səbəb oldu; avtomobil TIR-ın altına girdi - VİDEO
Qırmızı işığı saymayan sürücü ağır qəzaya səbəbə oldu – ANBAAN VİDEO










