Bakıda yol qəzası, 4 yaralı; 2-si azyaşlıdır - FOTO

Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az musavat-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, “Binə” ticarət mərkəzinə gedən yolda qeydə alınıb. Qəza zamanı “Mitsubishi Pajero” və “Mercedes” markalı avtomobillər toqquşub. Qəzaya “Mitsubishi Pajero”nun sürücünün qəfildən əyləcdən istifadə etməsi səbəb olub. Arxadan sürətlə gələn və düzgün ara məsafəsi saxlamayan “Mercedes” markalı avtomobil “Mitsubishi”yə arxadan çırpılıb.
Qəza nəticəsində “Mercedes”də olan sərnişinlərdən bir qadın və iki azyaşlı, eləcə də, “Mitsubishi”dəki sərnişinlərdən biri xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb.
Yol qəzasının kimin səhvi üzündən baş verdiyi təyin edilmiş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.









Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












