Bakıda yol qəzası: 4 yaralı - FOTO

Binəqədi rayonunda yol qəzası baş verib. Rayonun Ziya Bünyadov prospektində baş verən qəzada 4 nəfər xəsarət alıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, prospektlə yüksək sürətlə hərəkətdə olan "Renault" markalı avtomobilin sürücüsü prospektdən Əhməd Rəcəbli küçəsinə dönmək istəyən zaman idarəetməni itirib. Nəticədə yol ayırıcındakı bardürları aşıb keçən "Renault" Əhməd Rəcəbli küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb.
Qəza zamanı avtomobillərdə olan 27 yaşlı Əhliman Şükür oğlu Ələsgərov, 16 yaşlı Eltac Elçin oğlu Məmişov, atası 45 yaşlı Elçin Novruz oğlu Məmişov və 27 yaşlı Orxan Hüseynov xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Həkimlər Əhliman Ələsgərov və Eltac Məmişovun xəsarətlərinin daha ağır olduğunu bildiriblər. Hadisə yerində olan yol polis əməkdaşları müayinələr aparıblar.
Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.


Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












