Bakıda yol qəzası baş verib - FOTO

Bakının Nəsimi rayonunda, 4-cü mikrorayonun "4-ün dairəsi" adlanan ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza Zərifə Əliyeva adına Göz Klinikası istiqamətindən Memar Əcəmi metrostansiyasına doğru hərəkətdə olan "99-BS-479" dövlət qeydiyyat nişanlı "Opel" marakalı maşınla yolun əks istiqaməti ilə gələn "90-EM-250" nömrəli "Mercedes-E240" markalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb.
Hadisə nəticəsində "Opel"in sürücüsü Nizami Əliyev baş nahiyəsindən yüngül xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə gələnədək dairədə sıxlıq yaranıb.
Qeyd edək ki, bu, son 1 ay ərzində həmin yolda baş verən sayca 8-ci yol-nəqliyyat hadisəsidir.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
















