Bakıda yük maşını 9 avtomobilə çırpıldı: 4 yaralı – FOTO

Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində 10 maşının iştirakı ilə baş vermiş yol qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində "99-GB-821" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü, 30 yaşlı Məmmədov Ruslan Firuz oğlu və "99-GV-549" dövlət qeydiyyat nişanlı "Opel"in sürücüsü Zeynalov Zeynal, onun həyat yoldaşı Abdullayeva Könül və 5 yaşlı qızı Zeynalova Nuranə müxtəlif bədən xəsarətləri alaraq Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Qəza yüksək sürətlə hərəkətdə olan "Shacman" markalı yük maşınının prospektdə yerləşən tuneldə 1 yük maşını və 8 minik avtomobili ilə toqquşması nəticəsində baş verib. Ziya Bünyadov prospektində maşınların hərəkəti bərpa edilib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO





















