Bakıda yük maşınının AŞMA ANI – VİDEO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yük avtomobillərinin sürücülərinə müraciət edib.
Qurumdan Avtosfer.az- bildirilib ki, bəzi hallarda yük avtomobillərinin normadan artıq yüklənməsi, sürücülərin sürət həddinə və manevr etmə qaydalarına əməl etməməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
"Qəza olduğu zaman daşınan yüklərin yolun hərəkət hissəsinə dağılması isə sıxlığın yaranmasına və yolda mədudiyyətlərin tətbiq edilməsinə gətirib çıxarır.
Bu gün Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitum daşıyan yük avtomobilinin aşması ilə nəticələnən hadisəni qeyd olunanlara aid etmək olar. Bu cür hadisələrin yaşanmaması üçün bir daha yük maşınlarının sürücülərini yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq".
Qeyd edək ki, bu gün Bakı şəhəri, Nizami rayonu ərazisində, “Koroğlu” metrostansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğın təhlükəli maye dağılıb. Bitum daşıyan yük maşınının aşması nəticəsində daha bir neçə yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Böyükşor şosesi-“Koroğlu” metrostansiyası, mərkəz, bunlarla yanaşı, Heydər Əliyev prospekti, əsas yol - “Koroğlu” metro stansiyası və Qara Qarayev prospekti istiqamətlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Azərbaycanda QƏZA: 1000-dən çox abonent QAZSIZ QALDI
Bakıda AĞIR QƏZA: Avtomobildə sıxılı vəziyyətdə qalan qadın XİLAS EDİLDİ - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edən sürücü qəza törətdi; maşın duracağa, özü isə... - VİDEO
Kürdəmirdə dəhşətli anlar: Yaşlı kişi yük maşınının altında qaldı - ANBAAN VİDEO
“Bağırov” körpüsünün üzərində qəza - Borular yola dağıldı - VİDEO
Prospektdə qəza: “Chevrolet” və “Nissan” toqquşdu - VİDEO
Yük maşını dayanmış avtobusu belə vurdu - DYP görüntüləri yaydı - VİDEO
Salyanda qəzaya düşən avtomobil YANDI - VİDEO - YENİLƏNİB
Sürücü sükanda yuxuladı - “Kamaz” marşrut avtobusuna çırpıldı - FOTO - YENİLƏNİB
Bakıda qəza - Ölən var
Azərbaycanlı tanınmış MÜĞƏNNİ FACİƏLİ ŞƏKİLDƏ öldü - FOTO - VİDEO










