Bakıda zəncirvari qəza, 10 nəfər yaralanıb, 1 körpə ölüb - FOTOLAR

Bakının Xəzər rayonu ərazisində 1 nəfərin ölümü, 10 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza Mərdəkan qəsəbəsində 3 avtomobilin iştirakı ilə qeydə alınıb. "VAZ-2106" markalı avtomobil yolun sağına dönmə əməliyyatını yerinə yetirərkən sol zolaq ilə qarşı tərəfdən gələn "VAZ-2104" markalı avtomobil də həmin istiqamətdə dönüb və ona çırpılıb. Ardınca arxadan gələn və sağdan ötmə əməliyyatı etmək istəyən "Daewoo" da "VAZ-2106"ya çırpılıb. Nəticədə "VAZ- 2106"da olan bir yaşlı körpə ölüb. Qəza zaman, o cümlədən hər üç avtomobildə xəsarət alanlar olub. Belə ki, üçü azyaşlı olmaqla 10 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, uşaqların vəziyyətləri ağırdır.
Yaralıların siyahısı :
Behbudova Lalə Alı qızı – 28 yaş
Əliyev Rac Fikrət oğlu - 38 yaş
Abdullayeva Sevda Xudaverdi qızı – 58 yaş
Şövqətova Səriyyə Rəcəb qızı – 60 yaş
Şövqətov Əllədin Hüseynqulu oğlu - 65 yaş
Şövqətova Əminə Zöhrab qızı - 34 yaş
Şövqətova Zaur Əllədin oğlu - 35 yaş
Əliyeva Nəzrin Rac qızı - 11 yaş
Hacıyev Yusif Anar oğlu - 5 yaş
Hacıyev Adəm Bəhrəm oğlu - 3 yaş
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı















