Bakıda zəncirvari qəza; 2 nəfər ölüb, 3-ü yaralanıb - FOTOLAR

Bakının Yasamal rayonu ərazisində ağır zəncirvari yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin digər iki "Mercedes" ilə toqquşması nəticəsində qeydə alınıb. Qəza zamanı 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölənlərdən biri qəzanı törədən avtomobilin sürüsü, digəri isə yol kənarında duran piyada olub. 1983-cü il təvəllüdlü piyada Elçin Ağayev maşının onu vurması nəticəsində ağaca ağaca çırpılaraq yerə düşüb.
Qəza zamanı 1991-ci il təvəllüdlü Müzəffər Əhmədov, 1995-ci il təvəllüdlü Əmrah Ağabalayev, həmçinin təvəllüdü və soyadı hələ ki, məlum olmayan Anar adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan sonuncusunun xəsarəti yüngüldür, digər birinin vəziyyəti isə ağırdır. Yaralıların hamısı qəzanı törədən avtomobilin sərnişinləri olublar.
Əraziyə 4 "təcili yardım" maşını və polis əməkdaşları cəlb olunub.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
















