Bakıda zəncirvarı qəza - "BMW" parkinqdə dayanan 6 avtomobili bir-birinə qatdı - VİDEO
Qəzalar
5 Sentyabr 2023 18:27
Oxunub 7698

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, hadisə "BMW" markalı nəqliyyat vasitəsinin idarəetməni itirdiyinə görə yol kənarında dayanan avtobobilə zərbə ilə çırpılması nəticəsində baş verib. Nəticədə 7 avtomobilə maddi ziyan dəyib. Araşdırma aparılır
***
Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, "BMW" markalı avtomobil Şərifzadə küçəsində yüksək sürətlə hərəkətdə olan zaman digər avtomobillə toqquşub. Ardınca isə yolun sağında park edilmiş avtomobillərə çırpılıb. Zərbənin gücündən park yerində dayanmış 7 avtomobil bir-birinə dəyərək əzilib. Onların arasında yeni alınmış maşın da var.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Nurlan
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













