Bakıda zəncirvari qəza: Sərnişin avtobusu evakuatora çırpıldı - VİDEO - YENİLƏNİB

Bakıda, Xocəsən yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, "BakuBus" MMC-yə məxsus 99-JZ-195 dövlət nömrə nişanlı avtobus evakuatora, o isə öz növbəsində 90-BY-895 dövlət nömrə nişanlı "Renault" markalı avtomobilə çırpılıb.
Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib və bildirib ki, hadisə bu gün saat 08:22-də baş verib.
"BakuBus" MMC-nin balansında olan 130 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan, 99-JZ-195 dövlət qeydiyyat nişanlı avtobus qəzaya düşüb.
Avtobusu idarə edən sürücüsü Orxan Rzayevin verdiyi ilkin məlumata əsasən, hadisə evakuatorun anidən avtobusun qarşısına çıxması səbəbilə baş verib. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
Sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasını təmin etmək məqsədilə operativ şəkildə 130 nömrəli digər avtobusa yönləndirilib və marşrut xəttinin qrafiki qısa müddətdə bərpa olunub. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və araşdırma aparılır",- deyə Ə.Əliyeva bildirib.
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO












