Bakıda zəncirvari qəza - VİDEO - YENİLƏNİB

"Bakıxanov qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi "Hyundai" və "Ford" markalı avtomobillərin toqquşması nəticəsində baş verib".
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib.
O qeyd edib ki, hadisə oktyabrın 22-si, saat 21:50-də qeydə alınıb.
Namiq İlqar oğlu Ömərovun idarə etdiyi "Hyundai" markalı 99-KU-354 dövlət nömrə nişanlı avtomobillə Fuad Fazilxan oğlu Yunisovun idarə etdiyi "Ford" markalı 99-DQ-719 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "Ford" markalı avtomobil yol kənarında duran 99-XG-995 dövlət nömrə nişanlı BMW markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü xəsarət alıb, avtomobillərə ziyan dəyib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.
***09:48
Bakıxanov qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı tibbi xidmətə ehtiyac yaranmayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, oktyabrın 22-si, saat 21:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.
"Təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Çağırış ünvanında tibbi xidmətə ehtiyac yaranmayıb", - deyə məlumatda bildirilir.
***09:00
Ötən gecə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Nazim İsmayılov və Şamil Kamilov küçələrinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, "Ford" markalı minik avtomobili dönmə zamanı "Ford Transit" yük maşını ilə toqquşub. Zərbənin gücündən "Ford Transit" yol kənarında park edilmiş "BMW X5"ə çırpılaraq aşıb.
Üç avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerindən kadrları təqdim edirik:
Avtomobil qəzasına görə matəm elan edildi - VİDEO
Yasamaldakı qəzada sürücü öldü - FOTO - VİDEO
Sabunçuda ağır qəza: Sərnişin avtobusu “Hyundai”la toqquşdu - VİDEO
Bakıda “Chevrolet” işıq dirəyinə çırpıldı, sürücüsü yaralandı - VİDEO
Lerikdə yük maşını dərəyə aşdı, ÖLƏN VAR - FOTO
Bakıda 3 ayda 21 piyadanı maşın vuraraq öldürüb - REAL VİDEO
Xəyal Rza ailəsi ilə birgə Göyçayda qəzaya düşdü - FOTOLAR
Zabratda “Prius”la toqquşan “VAZ” yararsız hala düşdü - VİDEO
Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşüb, 7 nəfər xəsarət alıb
Yasamalda qəza oldu, sürücü belə xilas edildi - VİDEO
Bakı-Şamaxı avtomobil yolunda AĞIR QƏZA










