Banner

Bakıda zəncirvari qəza: Xəsarət alan var - VİDEO

Qəzalar 15 Noyabr 2022 15:38 Oxunub 802
Bakıda zəncirvari qəza:  Xəsarət alan var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda üç avtomobilin toqquşması nəticəsində zəncirvari yol-nəqliyyat hadisəsi olub. 

Avtosfer.az xəbər verir ki, hadisə Sabunçu körpüsünün yaxınlığında baş verib.

Qəza nəticəsində bir nəfər yüngül bədən xəsarətləri alıb. “Opel”, BMW, “Toyota Prius” markalı üç nəqliyyat vasitəsi bir-birinə çırpılıb və nəticədə avtomobillərə ciddi maddi ziyan dəyib. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli oxu.az-a açıqlamasında bildirib ki, qəza baş verən əraziyə DYP əməkdaşları cəlb ediliblər:

“Hadisə nəticəsində üç nəqliyyat vasitəsi bir-birinə çırpılıb. Nəqliyyat vasitələrindən birinin sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.

Qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh