Bakida 5 avtomobilin iştirakı ilə zəncirvari qəza; yaralılar var - VİDEO
Qəzalar
7 May 2021 09:54
Oxunub 1942
Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyatı hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, yol qəzası Babək prospektindəki körpünün üzərində qeydə alınıb.Belə ki, “Mercedes” markalı kiçik tutumlu sərnişin mikroavtobusu hərəkətdə olan “KİA” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “KİA” digər “Mercedes” markalı avtomobilə dəyib. Həmin “Mercedes” isə əvvəlcə “AzSamand”a və digər “Mercedes” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində “KİA” və “Azsamand” markalı avtomobillərdə olan sərnişin və sürücü xəsarət alıb.
Fakt araşdırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR