Bakıda zəncirvari qəza: yaralılar var

Bakıda zəncirvari yol qəzası baş verib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, saat 06:50 radələrində Mikayıl Useynov küçəsində ("Dalğa plaza"nın qarşısı) "Subaru", "Nissan" və "Ford" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Subaru"da olan 1990-cı il təvəllüdlü Rəhimov Rasim Şəmsəddin oğlu, "Nissan"da olan sürücü Elman Manafov, sərnişinlər 1975-ci il təvəllüdlü Əliyev İlham Seyidağa oğlu, 1988-ci il təvəllüdlü Həsənov Gündüz Abbas oğlu və 1987-ci il təvəllüdlü Əkbərov Mehman Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. R.Rəhimov "City Hospital"a, digər yaralılar isə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Zəncirvari qəzada iştirak edən "Ford" hadisə yerindən yayınıb.
Qeyd edək ki, qəzaya yolun sürüşkən olması səbəb olub. Araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












