Bakıda zəncirvari yol qəzası: 3 maşın əzildi - FOTO

Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən bildirir ki, hadisə Şəfa stadionunun qarşısında qeydə alınıb. Qəza zamanı Kazımov Rəşad Rauf oğlunun idarə etdiyi "Toyota" markalı maşın, Əliyev Vüsal Mehman oğlunun idarə etdiyi "Ford Transit" markalı yük maşınına və Əliyev Xəqani Mehman oğlunun idarə etdiyi "VAZ 2107"ə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da hər üç maşına ciddi ziyan dəyib.
Əliyev qardaşlarının bildirdiyinə görə, onlar avtomobillərini prospektin köməkçi hissəsinə saxlayaraq qarşıdakı yanacaqdoldurma məntəqəsində sarı gediblər. Qayıdanda da görüblər ki, qəza olub. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəzaya "Toyota" markalı avtomobilin sürücüsünün manevr qaydalarını pozması səbəb olub. Qəzadan sonra yolda tıxac yarandığından hadisə yerinə əlavə polis qüvvəsi cəlb olunub. Yararsız hala düşən maşınlar hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti normala qayıdıb.
Qəzanın əsl səbəbi aparılacaq avtotexniki ekspertizadan sonra müəyyən olunacaq. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO


















