Bakıda zəncirvari yol qəzası: xəsarət alanlar var – VİDEO

Bakıda zəncirvari qəza olub, xəsarət alanlar var. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, Azadlıq prospektində, Nəsimi Rayon Polis İdarəsinin qarşısında Sərxan Namazov idarə etdiyi "Chevrolet" markalı avtomobillə hərəkət edən zaman idarəetməni itirib. Nəticədə onun idarə etdiyi nəqliyyat vasitəsi yol kənarında dayanan, taksi fəaliyyəti ilə məşğul olan Vəliyev Nizami Yusif oğlunun idarə etdiyi "VAZ-21012" markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, "VAZ-21012" markalı avtomobil qarşısında hərəkətsiz vəziyyətdə dayanan "Priora"-ya çırpılıb. Nəticədə "VAZ-21012"-də olan üç sərnişin və "Chevrolet"in sürücüsü S.Namazov xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












