Bakının mərkəzində yol qəzası - FOTO

Bakının mərkəzində yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına hadisə Zərifə Əliyeva küçəsində qeydə alınıb. Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospekti istiqamətində hərəkət edən “Opel” markalı avtomobil işıqforun qırmızı işığında dayanıb. Arxadan yüksək sürətlə gələn BMW markalı avtomobil isə ona çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Qəzanın nəqliyyatın hərəkətinin sıx olduğu küçədə baş verməsi tıxaca səbəb olub. Qəzaya uğrayan avtomobillər cərimə meydançasına aparıldıqdan sonra yolda normal hərəkət bərpa edilib. Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya BMW markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi və sürücünün işıqforun yaşıl işığının yanacağını güman edərək sürəti azaltmaması səbəb olub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, BMW markalı avtomobilin sürücüsündə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası yoxdur.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO















