Bakının məşhur ticarət mərkəzinin qarşısında ağır qəza - VİDEO - YENİLƏNİB

Bakının Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, oktyabrın 14-ü, saat 12:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
"Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 29 yaşlı (qadın) şəxsə ilkin tibbi xidmət göstərilib və müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", - deyə məlumatda bildirilir.
***13:36
Bakıda ağır yol qəzası baş verib.
Avtosfer.az yenisabah-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metropark” ticarət mətkəzinin qarşısında qeydə alınıb.
Takisi kimi istifadə edilən “Honda” markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən gənc qadını vurub. Nəticədə piyada ciddi xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Yaralı xəstəxanaya aparılıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, gənc qadın yolu keçən zaman qulağında qulaqlıq olub və avtomobilin səsini eşitməyib. Eyni zamanda, nəqliyyat vasitəsinin gəldiyini görməyib. Nəticədə qəza baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











