Bakının “Prius” bəlası: Prospektlərin kəsişməsində ağır qəza - VİDEO
Qəzalar
4 May 2022 14:09
Oxunub 2170

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkədə yayılıb.
Qəza paytaxtın Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində baş verib.
Belə ki, 90-OJ-714 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil ilə 99-XZ-984 dövlət nömrə nişanlı yük avtomobili toqquşub.
Hadisə nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, son günlər Bakıda “Prius”ların iştirakı ilə mütəmadi qəzalar baş verir.
Oxu.Az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













