Bakı–Qazax magistralında ağır yol qəzası: ölən və yaralananlar var - FOTOLAR

Bu gün səhər saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verən qəzada ölən şəxslərin kimliyi məlum olub. Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində “Kamaz” və “Qazel” markalı yük avtomobilləri toqquşub. Nəticədə “Qazel”in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
Bakı–Qazax avtomagistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, ilkin ehtimallara əsasən, qəza mişar daşı daşıyan qoşqulu “KamAZ” markalı yük maşını ilə balıq daşıyan digər yük avtomobilinin toqquşması nəticəsində baş verib. Hadisə Ağdaş və Yevlax rayonlarının inzibati sərhədlərinin yaxınlığında qeydə alınıb. Güclü zərbənin təsirindən balıqlar yola və ətraf əraziyə səpələnib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və maşında sıxılmış vəziyyətdə qalan şəxslərin çıxarılması istiqamətində xilasetmə işləri aparılır. İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və ağır yaralananlar var. Faktla bağlı araşdırma aparılır.


Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO












