Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qaradağ qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Atego" markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan dörd nəfərin meyiti və bir nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***15:14
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində “Mercedes Atego” markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.
Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək, yollarda diqqətli olmağa, sürət həddini və ara məsafəsini gözləməyə, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə çağırıb: “Səfərdən əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi vacibdir”.

***15:11
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, xırdabuynuzlu heyvanları aparan yük maşını idarəetmədən çıxaraq digər avtomobillə toqquşub və aşıb.
Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.
Nasaz avtomobil 2 gəncin həyatına son qoydu - VİDEO
Xaçmazda avtomobil piyadanı vurub ÖLDÜRDÜ
Yevlaxda yol qəzasında ölən gəncin FOTOsu
Yevlaxda AĞIR QƏZA: İki nəfər ÖLDÜ - FOTO - YENİLƏNİB
Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var - FOTO
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə buraxıldı?
Bakıda qadın sürücü “BMW” ilə şou göstərdi; vurub bardürə dırmaşdırdılar - VİDEO
Nərimanovda “Toyota” skuter sürücüsünü vurub ÖLDÜRDÜ - VİDEO
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO












