Bakıxanovda üç avtobus toqquşdu, xəsarət alanlar var - VİDEO

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 29-da səhər saatlarında qeydə alınıb. Belə ki, 103 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 77-JG-998 dövlət nömrə nişanlı “Daewoo” markalı, 105 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 77-JT-187 dövlət nömrə nişanlı “Isuzu” markalı və “BakuBus” MMC-yə məxsus E1 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-JV-726 dövlət nömrə nişanlı “BMC” markalı avtobuslar toqquşub. İlkin ehtimallara əsasən, qəzaya “BMC” avtobusunun əks istiqamətdə hərəkət etməsi səbəb olub.
Hadisə nəticəsində hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Sərnişinlərdən bir neçəsinin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Nərmin













