"BakuBus" yol kənarında dayanan 2 maşını vurub əzdi - RƏSMİ AÇIQLAMA - VİDEO

Qəzalar 14 Mart 2025 12:06 Oxunub 1064
"BakuBus" yol kənarında dayanan 2 maşını vurub əzdi - RƏSMİ AÇIQLAMA  - VİDEO
WhatsApp kanalımıza |

Bakıda "BakuBus" avtobusu qəza törədib. Avtosfer.az xəbər verir ki, bu barədə ölkə.az məlumat yayıb. Hadisənin Həzi Aslanov metrostansiyasının qarşısında baş verdiyi bildirilir.

Videoda 2 avtomobilə ciddi ziyan dəydiyi görünür.

"BakuBus" MMC-dən bildirilib ki, bugün saat 10:20 radələrində 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, dövlət qeydiyyat nişanlı 90-JY-786 avtobusun iştirakı ilə, Məhəmməd Hadi küçəsi, 298 ünvanında yol nəqliyyat hadisəsi baş verib: "Nəqliyyat vasitəsini idarə edən sürücü Təhməzov Raminin verdiyi ilkin məlumata əsasən, avtobus hərəkət zamanı ehtiyatsızlıq səbəbindən yol kənarında dayananan digər nəqliyyat vasitələri - 10-KR-201 və 77-HS-309 dövlət qeydiyyat nişanlı avtomobilləri zədələyib.

Hadisə ilə bağlı müvafiq aidiyyəti qurumlara məlumat verilib və lazımi araşdırmalara başlanılıb.

Hadisə ilə bağlı bütün sərnişinlərimizdən üzr istəyir, oxşar halların təkrarlanmaması üçün bütün zəruri tədbirlərin həyata keçiriləcəyini bildirmək istərdik" - açıqlamada bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh