"BakuBus" yol kənarında dayanan 2 maşını vurub əzdi - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakıda "BakuBus" avtobusu qəza törədib. Avtosfer.az xəbər verir ki, bu barədə ölkə.az məlumat yayıb. Hadisənin Həzi Aslanov metrostansiyasının qarşısında baş verdiyi bildirilir.
Videoda 2 avtomobilə ciddi ziyan dəydiyi görünür.
"BakuBus" MMC-dən bildirilib ki, bugün saat 10:20 radələrində 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, dövlət qeydiyyat nişanlı 90-JY-786 avtobusun iştirakı ilə, Məhəmməd Hadi küçəsi, 298 ünvanında yol nəqliyyat hadisəsi baş verib: "Nəqliyyat vasitəsini idarə edən sürücü Təhməzov Raminin verdiyi ilkin məlumata əsasən, avtobus hərəkət zamanı ehtiyatsızlıq səbəbindən yol kənarında dayananan digər nəqliyyat vasitələri - 10-KR-201 və 77-HS-309 dövlət qeydiyyat nişanlı avtomobilləri zədələyib.
Hadisə ilə bağlı müvafiq aidiyyəti qurumlara məlumat verilib və lazımi araşdırmalara başlanılıb.
Hadisə ilə bağlı bütün sərnişinlərimizdən üzr istəyir, oxşar halların təkrarlanmaması üçün bütün zəruri tədbirlərin həyata keçiriləcəyini bildirmək istərdik" - açıqlamada bildirilib.
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO












