Banner

"BakuBus"ın avtobusu yük maşını ilə toqquşdu - YENİLƏNİB

Qəzalar 27 Yanvar 2026 10:33
"BakuBus"ın avtobusu yük maşını ilə toqquşdu   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhəri, metronun "28 may" stansiyası yaxınlığında baş verən qəzanın təfərrüatı məlum olub.

Bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat vrib.

O bildirib ki, bu gün saat 09:40-da "BakuBus" MMC-nin istismarında olan 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib:

"İlkin məlumata əsasən, hadisə digər nəqliyyat vasitəsinin manevr qaydalarını pozması nəticəsində baş verib. Nəticədə nəqliyyat vasitəsi avtobusla toqquşub. Toqquşma nəticəsində avtobusun ön şüşəsi sınıb.

Hadisə zamanı avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin səfərinin davam etdirilməsi məqsədilə onlar operativ şəkildə eyni marşrut üzrə hərəkət edən digər 5 nömrəli avtobusa yönləndiriliblər.

Baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib"./oxu.az

***09:54

Bakı şəhərində metronun "28 May" stansiyasının yaxınlığında avtoqəza olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən ərazidə 77-JS-678 nömrə nişanlı 5 nömrəli marşrut xəttində "BakuBus"ın avtobusu ilə "Ford" markalı, 10-TX-252 dövlət nömrə nişanlı yük maşını toqquşub.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Oxunub 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh