“BakuBus”un avtobusu piyadanı vurub - FOTO - VİDEO
Qəzalar
13 May 2022 12:09
Oxunub 908

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə Məmməd Araz küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.
Avtobus sürücüsü APA-nın müxbirinə bildirib ki, işıqforun yaşıl işığından keçən zaman qəfil piyada onun qarşıslnda çıxıb. Buna görə də sürücü idarəetməsində olan avtobusla piyadanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













