Balakən-Bakı sərnişin avtobusunda yanğın olub - FOTO

Balakən-Bakı-Balakən marşrutu ilə hərəkət edən sərnişin avtobusunda yanğın olub. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 12:25 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunda, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydə alınıb. Soltan Bayramovun idarə etdiyi “Mercedes-Benz” markalı, 90-KF-403 dövlət nömrə nişanlı avtobusun təkərində anidən tüstülənmə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində təkərdə baş verən tüstülənmənin yanğına keçməsinin qarşısı dərhal alınıb. Hadisə zamanı avtobusda sürücü və köməkçisi olub. Onlar hər hansı xəsarət almayıblar.
Avtobusun təkəri təmir edildikdən sonra Balakən istiqamətində hərəkət edib. Həmin avtobusun bu gün saat 16.00 radələrində Balakəndən Bakıya sərnişin aparması nəzərdə tutulubmuş.

Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıblar - VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












