Balakəndə ağır qəza: maşın parçalandı 4 ölü - FOTO+VİDEO

Balakəndə baş verən ağır yol qəzasında 4 nəfər dünyasını dəyişib. Avtosfer.az ARB Şəkiyə istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 147-ci kilometrliyində, Balakən rayonunun Qazma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Balakən rayon sakini, 29 yaşlı Anar Əlixan oğlu Saramanov idarə etdiyi “Pejo” markalı, 08 BF 305 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə Balakən istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb. Zərbənin gücündən avtomobil bir-neçə hissəyə bölünüb. Qəzada sürücü və onun sərnişinləri Balakən rayon sakinləri 31 yaşlı Əfqan Nəriman oğlu Doldalov, 19 yaşlı Fazil Nurəddin oğlu Əzizov və 18 yaşlı Musa Xəqani oğlu Orucov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində dünyalarını dəyişiblər. Cəsədlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə aparılıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
















