Balakəndə avtomobil daş hasara çırpılıb, ölən var

Balakən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Balakən rayon Polis Şöbəsindən apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün gecə saat 01 radələrində rayonun Qaysa-Meşə Şanbul yolunda qeydə alınıb.
Rayonun Meşə Şanbul kənd sakini, 1977-ci il təvəllüdlü Elşən Ramazan oğlu Taşayevin adına olan “Mercedes” markalı, 10 TN 730 dövlət nömrə nişanlı minik avtomobil Qaysa kəndindən Meşə Şanbul kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan və avtomobildə sıxılmış vəziyyətdə olan Elşən Taşayev yaxınlıqdakı kənd sakinlərinin köməkliyi ilə maşından çıxarılaraq Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda ölüb. Hadisə şahidlərinin polis əməkdaşlarına verdiyi məlumata görə, avtomobili qəza nəticəsində ölən Elşən Taşayev idarə edib. Lakin qəzaya düşən avtomobildəki izlərlə maşını başqa bir şəxsin idarə etdiyi ehtimal olunur.
Qəzanın dəqiq səbəbləri və avtomobilin kim tərəfindən idarə edildiyi istintaq tədbirlərindən sonra açıqlanacaq.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












