Balakəndə iki "VAZ" toqquşub - FOTO + VİDEO

Balakəndə iki avtomobilin toqquşması nəticəsində xəsarət alan sürücü xəstəxanada ölüb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun məlumatına görə, xəsarət alan 1956-cı il təvəllüdlü Aydın Əliyev əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
***
01:40
Balakəndə baş verən yol-nəqliyyat hadisəsində qəzasında, biri ağır olmaqla, iki nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə avqustun 30-u axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayon sakini, 1956-cı il təvəllüdlü Aydın Nəbi oğlu Əliyevin idarə etdiyi “VAZ 21011” markalı, 62-BA-201 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə hərəkət edən, Balakən rayonu Katex kənd sakini, 1992-ci il təvəllüdlü Elvin Abuzər oğlu Ölkəliyevin idarə etdiyi “VAZ 21015” markalı 10-NP-278 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəzadan sonra hər iki avtomobilin sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Balakən RMX-dan verilən məlumata görə, yaralılardan Aydın Əliyevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Digər yaralı Elvin Ölkəliyev cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.




Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıblar - VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












