Balakəndə zəncirvari qəza - 5 yaralı
Qəzalar
16 Avqust 2017 09:33

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır
Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiralında baş verən yol qəzasında 5 nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu gün axşam saat 20:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Poştbinə kəndi ərazisindən keçən hissəsində üç minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəzadan sonra avtomobillərin sürcüləri və sərnişinlər Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. Balakən MRX-dan verilən məlumata görə, qəza nəticəsində 5 nəfər xəstəxanaya daxil olub. Hazırda həkim briqadası yaralıların müayinəsini aparır, şəxsiyyətləri dəqiqləşdirilir. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Oxunub : 1278
DİGƏR XƏBƏRLƏR
11 Sentyabr 2026 13:06
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
10 Sentyabr 2026 19:10
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
10 Sentyabr 2026 09:54
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
9 Sentyabr 2026 12:41
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
9 Sentyabr 2026 10:41
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
8 Sentyabr 2026 14:06
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
8 Sentyabr 2026 13:23
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
8 Sentyabr 2026 13:18
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
8 Sentyabr 2026 11:41
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
7 Sentyabr 2026 19:27
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
7 Sentyabr 2026 18:56
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
7 Sentyabr 2026 15:41
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
ŞƏRH YAZ










