Banner

Balaxanı yolunda zəncirvari qəza: 6 maşın toqquşdu - VİDEO

Qəzalar 5 Noyabr 2026 16:30
Balaxanı yolunda zəncirvari qəza: 6 maşın toqquşdu    - VİDEO
WhatsApp kanalımıza abunə olun

Balaxanı yolunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 4-də günorta saatlarında baş verib. Belə ki, hərəkətdə olan “Opel”, 50-BY-127 dövlət nömrə nişanlı “Mercedes Sprinter”, 77-UN-351 dövlət nömrə nişanlı “Ford”, 90-EN-740 dövlət nömrə nişanlı “Hyundai”, 77-VX-557 dövlət nömrə nişanlı “Toyota” və “Kaiyi E5” markalı avtomobillər bir-biri ilə toqquşub.

Şahidlərin iddiasına görə, hadisəyə sürücülərdən birinin ara məsafəsini düzgün saxlamaması səbəb olub.

Qəza nəticəsində avtomobillərə maddi ziyan dəyib.

Nərmin

Oxunub : 148
ŞƏRH YAZ
Ad

E-mail

Şərh