Banner

Baş vermiş qəza “Tofaş” sürücüsünü özündən çıxartdı - VİDEO

Qəzalar 24 Oktyabr 2023 17:26 Oxunub 16364
Baş vermiş qəza “Tofaş” sürücüsünü özündən çıxartdı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonunda baş vermiş qəza sürücülər arasında insidentə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə dünən (23 oktyabr) günorta saatlarında Yeni Yasamal yaşayış massivində qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-OS-084 dövlət nömrə nişanlı, “Tofaş” markalı maşın qəflətən qarşısına çıxan “Opel” markalı avtomobillə toqquşub. Nəticədə “Tofaş”ın ön hissəsi cüzi şəkildə zədələnib. Bu zaman qəzaya düşən sürücü hadisəni törədən şəxslə mübahisə etməyə başlayıb.  Dava zamanı yolda sıxlıq yaranıb. Tıxacın qarşısını almaq məqsədilə sürücülər avtomobillərini yolun kənarında saxlayaraq mübahisələrinə davam ediblər. Aqressiyasına hakim olmayan “Tofaş” sürücüsü “Opel”i idarə edən şəxsin üzərinə gedərək daha yüksək səslə danışmağa başlayıb. Bir neçə dəqiqəlik davam edən insident ərazidəki şəxslərin hadisəyə müdaxilə etməsiylə sonlanıb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh