Başı naviqatora qarışan sürücü körpüdən aşağı düşdü - VİDEO

İndoneziyada 61 yaşlı sürücü “Google” xəritələrdən istifadə edərək istiqamət alarkən dəhşətli qəza ilə üzləşiblər.
Avtosfer.az xəbər verir ki, aprelin 9-da baş verən hadisədə “BMW” markalı avtomobili ilə dostunun ünvanına gedərkən naviqasiya proqramının yönləndirməsi ilə tikintisi başa çatmamış körpüyə daxil olub və 12 metr hündürlükdən yerə çırpılıb.
Hadisə Qresik şəhərində qeydə alınıb. Təhlükəsizlik kameralarına düşən görüntülərdə avtomobilin yarımçıq körpüdən yıxılaraq bamperi üzərinə çırpıldığı və qarşıdan gələn maşınlara az qala dəyəcəyi əks olunub. Xoşbəxtlikdən, sürücü və avtomobildəki sərnişin hadisədən yüngül xəsarətlərlə sağ çıxıblar.
Sürücü GPS-ə çox diqqət yetirdiyi üçün yolun bitdiyinin görməyib və JI Tol Manyar - Mojokerto yolundakı yarımçıq körpüyə daxil olub. Qəza baş verdikdən sonra aidiyyəti qurumlar hadisə yerindəki boşluğu bağladıqlarını və xəbərdarlıq lövhələri quraşdırdıqlarını açıqlayıblar. Eyni zamanda, tikinti şirkəti ilə əlaqə yaradaraq niyə körpünün tam bağlanmadığını araşdıracaqlarını bildiriblər.
Son illərdə dünyanın müxtəlif şəhərlərində də bənzər hadisələr baş verib. Məsələn, Seulda bir motosikletçi qəfil açılan çuxura düşərək həyatını itirib, Braziliyada isə aşmış tanker yanğına səbəb olaraq bir neçə avtomobili məhv edib.
Eltac Zülfüqaroğlu
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO












