Başı telefona qarışan “Lexus” sürücüsü aeroport yolunda zəncirvari qəza törətdi - VİDEO

Avqustun 26-da Aeroport şossesi, Yeni Ramana yolunda “Koroğlu” metrosu istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü diqqətsizlik edib və fikrinin telefonda olduğu iddia olunur.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 90-CJ-012 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilin sürücüsü sağ zolaqla yüksək sürətlə hərəkətdə olan zaman yanaşı hərəkət edən “QAZEL”i ötmək istəyib. Lakin sürücü diqqətsizlik edərək maşını dayanacaqda duran sərnişin avtobusuna çırpıb.
Hadisə zamanı “Lexus” yolun digər zolaqlarına sıçrayıb və hərəkətdə olan iki avtomobillə toqquşub. Bu zaman öz yoluyla gedən digər 3 avtomobil də onlara çırpılaraq qəzaya düşüb.
Güclü tıxaca səbəb olan qəza nəticəsində xəsarət alanlar var. Hadisə ilə bağlı araşdırma aparılır.
Emin













