Banner

Başı telefona qarışan qadın sürücü dəhşətli qəza törətdi, 16 yaşlı qızı öldü - VİDEO

Qəzalar 11 Fevral 2025 13:00 Oxunub 1004
Başı telefona qarışan qadın sürücü dəhşətli qəza törətdi, 16 yaşlı qızı öldü   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Navahı postu yaxınlığında baş vermiş dəhşətli qəzanın görüntüsü təhlükəsizlik kamerasına anbaan düşüb.

Avtosfer.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev hadisənin görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. Belə ki, hərəkətdə olan avtomobili öncə öndəki yük maşına, ardınca dəmir arakəsməyə çırpılıb. Zərbənin təsirindən avtomobil tamamilə sıradan çıxıb, maşında olan 16 yaşlı sərnişin isə hadisə yerində ölüb. Aparılan araşdırmalar zamanı sürücünün sükan arxasında mobil telefondan istifadə etdiyi və bu səbəbdən ağır qəzanı törətdiyi məlum olub. 

Təəssüf ki, sürücülərin əksəriyyəti sükan arxasında mobil telefondan istifadə edirlər. Bu halda diqqəti yayınan sürücülər qayda pozmaqla yanaşı yolda təhlükəli situasiyalara, hətta ölümlə nəticələnən qəzaların baş verməsinə səbəb olurlar.

Nərmin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh