Banner

Başı telefona qarışan sürücü yolda qəzaya düşən maşınları vurdu - VİDEO - VİDEO

Qəzalar 8 İyun 2021 16:00 Oxunub 4434
 Başı telefona qarışan sürücü  yolda qəzaya düşən maşınları vurdu  - VİDEO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir anda iki ayrı qəza, 3 cür qayda pozuntusu. Sank-Peterburqda qaydaları pozanların törətdikləri qəza, elə yenə də qaydalara əməl etmədikləri üçün digər bir qəzaya səbəb olub. 
Avtosfer.az xəbər verir ki, piyada keçidinin önündə ara məsafəsini gözləməyən sürücü piyadaya yol vermək üçün dayanan digər avtomobillə toqquşub. Sürücülər yola qəza nişanı yerləşdirmədikləri üçün bu yolda hərəkətdə olan digər bir avtomobil sürücüsü toqquşan avtomobillərə çırpılır. Görünür ki, sürücünün diqqəti yolda yox telefonda olub. Maşınların yanında dayanan sürücülər cəld şəkildə kənara qaçaraq xəsarət almaqdan canlarını qurtara bilib. Qəza nişanını yerləşdirməyən sürücülərin avtomobilləri birinci hadisədən yüngül xəsarət almışdısa da, ikincidən sonra xeyli maddi ziyana uğradılar. Maraqlısı budur ki, sonuncu toqquşmadan sonra da sürücülər yola qəza nişanı yerləşdirməyib.
Aysel

ŞƏRH YAZ
Ad

E-mail

Şərh