Bayram günlərində baş verən yol qəzalarında ölənlərin sayı açıqlandı

Bayram günlərində baş verən yol qəzalarında ölənlərin sayı açıqlandı
Son 3 gündə (martın 20-21-22-də) Azərbaycanda baş verən yol qəzalarında ölənlərin sayı açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin verdiyi məlumata görə, bu müddət ərzində ümumilikdə, 26 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 ölüm faktı qeydə alınıb.
Onun sözlərinə görə, son üç gün ərzində baş vermiş qəzalarda 45 yaralı olub.
Şöbə rəisi qeyd edib ki, martın 20-də 10 hadisə olub: "Qəza zamanı 2 nəfər ölüb, 13 nəfər yaralanıb. Martın 21-də 8 hadisə nəticəsində ölən olmasa da, 15 nəfər yaralanıb. Martın 22-də isə 8 hadisə zamanı 3 nəfər ölüb, 17 nəfər yaralanıb".
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












