Bayram günlərində respublika yollarında baş verən qəzaların sayı açıqlandı

Ramazan və Novruz bayramları ilə əlaqədar 11 gün qeyri-iş günlərində respublika yollarında ölüm və xəsarətlə nəticələnən 29 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxt ərazisində baş verən qəzaların böyük əksəriyyəti piyadaların vurulması ilə bağlı olub. Toqquşma və aşma ilə xarakterizə olunan hadisələr isə əsasən avtomagistrallarda və rayonlararası yollarda baş verib.
Aparılan müşahidələr göstərir ki, hadisələrin başvermə səbəbləri sırasında sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, sükan arxasında mobil telefondan istifadə, eləcə də piyadaların yolu keçərkən diqqətsiz davranışları üstünlük təşkil edir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, yol hərəkətində təhlükəsizliyin təmin olunması hər bir iştirakçının qaydalara ciddi riayət etməsindən, diqqətli və məsuliyyətli davranışından asılıdır. Qaydaların pozulması isə istənilən vaxt ağır nəticələrə səbəb ola bilər./report
Xırdalanda avtomobil açıq lyuka düşdü – VİDEO - YENİLƏNİB
Nasaz avtomobil 2 gəncin həyatına son qoydu - VİDEO
Xaçmazda avtomobil piyadanı vurub ÖLDÜRDÜ
Yevlaxda yol qəzasında ölən gəncin FOTOsu
Yevlaxda AĞIR QƏZA: İki nəfər ÖLDÜ - FOTO - YENİLƏNİB
Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var - FOTO
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə buraxıldı?
Bakıda qadın sürücü “BMW” ilə şou göstərdi; vurub bardürə dırmaşdırdılar - VİDEO
Nərimanovda “Toyota” skuter sürücüsünü vurub ÖLDÜRDÜ - VİDEO
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO












