Bayram günlərində yol qəzalarında 747 nəfər öldü, 16 905 nəfər xəsarət aldı

İranda bayram günlərində ölümlə nəticələnən 615 yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.
Bildirilib ki, həmin yol qəzaları nəticəsində 747 nəfər ölüb, 16 905 nəfər xəsarət alıb. Məlumata görə, İranın avtomobil yollarında 74 311 maddi ziyanla nəticələnən hadisə qeydə alınıb. İnformasiyaya əsasən, martın 20-dən aprelin 1-dək, bayram günlərində ölkədə ümumilikdə 88 489 yol qəzası baş verib. Bu da Novruz bayramı günlərində yol qəzalarının ciddiliyini və miqyasını göstərir.
Vurğulanıb ki, bu da ötən ilin uyğun dövrü ilə müqayisədə üç faiz çoxdur.
Polis İdarəsindən qeyd olunub ki, ölümlə nəticələnən qəzalar daha çox Kerman (66 nəfər), Fars (64 nəfər), Xorasan-Rəzəvi (53 nəfər), Xuzistan (48 nəfər), Sistan və Bəlucistan (46 nəfər) əyalətlərində qeydə alınıb.(report)
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO












