Bayram günü Neftçalada FACİƏ: İki qardaş qəzada öldü - FOTO - YENİLƏNİB

Neftçala rayonunda iki yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az bizim.media-ya istinadən xəbər verir ki, hadisə qardaşların mağazadan qayıdarkən, evlərinə təxminən 200 metr məsafə qalmış baş verib.
Qeyd edək ki, yeniyetmələrin valideynləri Bakıda yaşayırlar. Onlardan biri kənddə babasının yanında qalırmış. Ailə bayram münasibətilə kəndə gedibmiş. Ailənin elə iki övladı olub.
Faktla bağlı araşdırma aparılır.

***11:11
Neftçala rayonunda ağır yol qəzası baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ramazanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Qazaxbərəsi kənd sakinləri ilan 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu və qardaşı 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu səhər saatlarında valideynlərinə məxsus 99-TE -303 Nissan markalı avtomobillə idarə etməni itirərək şor kanala düşüblər. Hər iki qardaş hadisə yerində ölüblər.
Onlar sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi















