Bayram Kürdəxanılının ölümü ilə bağlı cinayət işi başlanıb

Tanınmış meyxanaçı Bayram Kürdəxanılının (Bayramqulu Quliyev) ölümü ilə bağlı cinayət işi açılıb. Avtosfer.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bayram Kürdəxanılının avtomobillə vurulması faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisəni törədən sürücü şübhəli şəxs qismində saxlanılıb. Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, Bayram Kürdəxanılı ötən gecə Kürdəxanı qəsəbəsində yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












