Bayraq Meydanının qarşısında ağır qəza: Bir ailənin dörd üzvü yaralandı - FOTO - VİDEO
Qəzalar 1 May 2021 18:00 Oxunub 12834
Bayraq Meydanının qarşısında ağır qəza: Bir ailənin dörd üzvü yaralandı - FOTO - VİDEO

Bu gün saat 17:10 radələrində paytaxtın Mikayıl Useynov küçəsində Dövlət Bayraq Meydanının qarşısında "Mercedes" markalı 10-XD-820 qeydiyyat nişanlı avtomobil qəzaya uğrayıb. Avtosfer.az-ın məlumatına görə yüksək sürətlə hərəkət edən sürücü idarəetməni itirirərək ayırıcı zolağın üzrəindəki işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan bir ailənin dörd üzvü xəsarət alıb. Yaralılar yaxınlıqda olan təcili yardım stansiyasının həkimləri tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, xəsarət alanların sırasında 5 yaşlı qız da var. Azyaşlı qız xəsarət alsa da, az öncə həkimlərin bildirdiyinə görə vəziyyəti yaxşıdır.
Əməkdaşımız hadisə yerində olarkən müəyyən edib ki, avtomobilin təkərləri istismara yararsızdır. Qəza nəticəsində isə hava yastıqlarının heç biri işə düşməyib.
Faktla bağlı araşdırma aparılır.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh