Bayraq Meydanının qarşısında ağır qəza - VİDEO + YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş qəza ilə bağlı məlumat yayıb. Avtosfer.az DİN-in saytına istinadən xəbər verir ki, hadisə mayın 22-də saat 18 radələrində Səbail rayonunun Bayıl qəsəbəsində baş verib. Belə ki, Bakı şəhər sakinləri Fərhad Ocaqnavinin idarə etdiyi “Ford” və Emil Məhərrəmovun idarə etdiyi “Mazda CX-9” markalı avtomobillər toqquşublar. Nəticədə E.Məhərrəmovun sərnişinlərindən Mikayıl Makraqus xəstəxanaya aparılarkən yolda ölmüş, özü və digər sərnişini, habelə F.Ocaqnavi və 1 sərnişini xəstəxanaya yerləşdirilib.
22.05.2016
Mayın 22-də axşam saatlarında Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, yol qəzası Neftçilər prospektində, Dövlət Bayrağı Meydanının yaxınlığında qeydə alınıb. Məlumata əsasən, qəza zamanı “Mazda” və “Ford” markalı avtomobillər toqquşub. Hadisə şahidləri bildiriblər ki, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












